Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirdə gümüş medal qazanıb

Tokio, 17 fevral, /AJMEDIA/

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Latviya açıq çempionatının əsas mərhələsində iştirak edib.

Voleybol Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, yarışda Azərbaycan və Litva 1, Estoniya 2, Latviya isə 12 komanda ilə mübarizə aparıb. Yarış qrup və play-off mərhələsindən ibarət olub. Azərbaycan açıq çempionatda gənc voleybolçular – Məhəmməd Aslanlı və İbrahim Məmmədov cütü ilə təmsil olunub. Bütün rəqiblərinə qalib gələn təmsilçilərimiz yalnız final matçında ev sahibinə 1:2 hesabı ilə məğlub olaraq, yarışın gümüş medallarını qazanıblar.

Qeyd edək ki, milli komanda latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts