Tokio, 20 iyul , /AJMEDIA/
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıblar.
AJMEDIA xəbər verir ki, Bakı Su İdman Sarayında təşkil olunan mərasimdə qızıl medalları komandalara Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev və idarə heyətinin üzvü Elqar Bağırov təqdim edib.
Həm kişi, həm də qadın çimərlik voleybolu üzrə ölkə çempionatının qalibi olan “Azərreyl – 1”in hər iki komandasına çempionluq kuboku və qızıl medallar təqdim olunub.
Kişi voleybolçular arasında gümüş medallar “Azərreyl-3”, bürünc mükafatlar isə “Azərreyl -2” komandasına verilib.
Qadınların yarışında isə “Murov Az Terminal” ikinci, “Milli Aviasiya Akademiyası” üçüncü yerin sahibi olaraq mükafatlandırılıb.
Ölkə birinciliyində 9 qadın, 10 kişi komandası iştirak edib. Reqlamentə əsasən, hər klub yarışda iki komanda ilə təmsil olunub.
Qeyd edək ki, ölkə birinciliyinin qalibi olan komandalar klublararası Avropa çempionatına iştirak hüququ qazanıblar.