Tokio, 13 fevral , /AJMEDIA/
Çilidə 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
AJMEDIA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 154 min nəfərin yaşadığı La Serena şəhərindən 123 kilometr şimal-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.