Ceyhun Bayramov Serbiyaya səfər edib

Tokio, 23 dekabr, /AJMEDIA/

Xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.

AJMEDIA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, habelə xarici işlər naziri Marko Curiç və digər yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts