Ceyhun Bayramov “GLOBSEC” beyin mərkəzinin keçirdiyi dəyirmi masa müzakirələrində iştirak edib

Tokio, 7 iyun , /AJMEDIA/

İyunun 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində “GLOBSEC” beyin mərkəzinin təşkil etdiyi dəyirmi masa müzakirələrində iştirak edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildirilib ki, tədbirdə, Azərbaycan-Slovakiya münasibətləri, Avropa İttifaqı ilə əlaqələrin cari vəziyyəti, qlobal və regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyinin müxtəlif aspektləri, bölgəmizdə post-münaqişə dövründə görülən işlər və çağırışlar, mövcud mina təhdidləri, Azərbaycan-Ermənistan sülh prosesi və digər məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts