Çexiya nazirliyinin rəsmisi: Azərbaycandan təbii qaz idxalını həyata keçirməyi planlaşdırmışıq

Tokio, 7 iyun , /AJMEDIA/

Çexiya Rusiya qazından 100, neftindən isə 50 faiz asılıdır. Buna görə də Çexiya enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycanla enerji sahəsində yaxın əməkdaşlıq əlaqələri qurmaq niyyətindədir.

AJMEDIA xəbər verir ki, bu sözləri Çexiya Sənaye və Ticarət Nazirliyinin Enerji Strategiyası və Beynəlxalq Əməkdaşlıq üzrə direktoru Petr Binhack Bakı Enerji Forumunda “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, Çexiyanın illik 7,5 milyard kubmetr təbii qaza ehtiyacı var.

“Biz ölkənin qaz təchizatını şaxələndirmək istəyirik və Azərbaycandan təbii qaz idxalını həyata keçirməyi planlaşdırmışıq. Azərbaycan infrastruktur layihələri və neft-qaz potensialı ilə Avropanın enerji təminatında mühüm rol oynayır. Proqnozlara görə, Avropada enerji istehlakında 2050-ci ilə qədər təbii qaz əsas enerji mənbəyi olaraq qalacaq və buna görə də təbii qazla əlaqədar sərmayə və infrastruktur yaradılması davam edəcək”, – deyə Petr Binhack əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts