CERT Ermənistanın kiberhücumları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib

Tokio, 13 dekabr, /AJMEDIA/

Azərbaycanın Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) üç erməni kiberqruplaşması tərəfindən hücumlarla əlaqədar kibercinayətkarlıqla mübarizə üzrə beynəlxalq təşkilatlara müraciət edib.

AJMEDIA xəbər verir ki, Trend-in məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin IT təhlükəsizlik şöbəsinin rəhbəri Tural Məmmədov “Azərbaycanda koronavirus pandemiyası dövründə kiberfırıldaqçılıq” adlı onlayn konfrans zamanı deyib.

“2020-ci ilin yayında azərbaycanlı istifadəçilərə Fuad Musayev adından şübəli elektron ünvandan məktublar daxil olub. Apardığımız araşdırmalar göstərdi ki, kiberhücumun arxasında Ermənistanın “Security LLC” şirkəti dayanıb. Biz müəyyənləşdirdik ki, hücumları həmin şirkətin əməkdaşları Armen Qnuni, İran ermənisi Ara Babaxani və Aşot Mnatsakanyan törədib. Kifayət qədər məlumat topladıqdan sonra biz cinayətlə bağlı zəruri qiymətin verilməsi üçün beynəlxalq strukturlara müraciət etmişik”, – deyə o bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts