“Çağırış” filmindən növbəti rekord

Tokio, 9 avqust , /AJMEDIA/

Bir çox epizodları Yer orbitində lentə alınan “Çağırış” adlı rus filmi nümayişlərdən gələn gəlir üzrə mühüm mərhələni keçərək rekorda imza atıb.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, ekran əsərinin ümumi kassa gəlirləri 2 milyard rublu keçib.
Kino Fondunun maliyyə dəstəyi ilə istehsal olunan və cari il aprelin 20-də ekranlara çıxan filmi artıq 6,2 milyondan çox tamaşaçı izləyib. Son zamanların ən uğurlu rus filmi olan “Çağırış” ilk dəfə orbital stansiyada çəkilmiş ən yüksək gəlirli bədii filmdir.
Qeyd edək ki, süjet, yaralı ekipaj üzvünə kömək etmək üçün mümkün qədər tez Beynəlxalq Kosmik Stansiyaya getməyə məcbur olan Evgeniya adlı cərrah ətrafında cərəyan edir. Uçuşa hazırlaşarkən aktisa Yuliya Peresild və rejissor Klim Şipenko kosmosa səyahət üçün lazım olan bütün bacarıqları tez bir zamanda mənimsəməyə imkan verən yeni texnologiyalardan istifadə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts