“CAGE International”ın direktoru: Fransa beynəlxalq tənqiddən qorxur

Tokio, 9 mart , /AJMEDIA/

Fransa beynəlxalq tənqiddən qorxur. 2018-ci ildən bəri Fransa hökuməti bir şəxs təyin edib ki, o, müsəlmanlara nəzarət etsin. Bundan sonra məscidlər, kitab evləri bağlanıb. Fransa müsəlmanlarının haqqı yoxdur ki, hansısa bir quruma şikayət etsin. Orada müsəlmanlar sıxışdırılır.

AJMEDIA xəbər verir ki, bu sözləri “CAGE International”ın idarəedici direktoru Muhammad Abdur Rabbani Bakıda təşkil edilmiş islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən “Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması” mövzusunda aralıq sessiyada deyib.

Fransanın dövlət siyasətinə, həmçinin müsəlmanlara qarşı tədbirlər görmək daxildir. “Fransa totalitar bir siyasi rejimdə işləyir. Onların siyasəti getdikcə avtoritar olur. Fransa hökuməti vətəndaşlar üçün ikili sistem mövcud olduğunu açıq şəkildə deyir. Biri fransızlar üçün, digərləri isə fərqli millətlər üçündür”, – deyə direktor diqqətə çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts