Cənubi Qafqazda müsbət dəyişikliklər və regional əməkdaşlıq perspektivləri ABŞ-da müzakirə olunub

Tokio, 6 Oktyabr, /AJMEDIA/

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunun təşkil etdiyi onlayn forum çərçivəsində Amerika-Azərbaycan münasibətlərini, İkinci Qarabağ müharibəsinin yekunlarını və regional əməkdaşlıq perspektivlərini müzakirə edib. Azərbaycan diplomatı ilə müzakirələrə institutun direktoru Svante Kornell və institutun sədri Frederik Starr moderatorluq ediblər.

AJMEDIA xəbər verir ki, Xəzər İbrahim çıxışı zamanı Bakı ilə Vaşinqton arasında münasibətlərdə prioritetlər, Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, regionda sülhün bərqərar olunmasında ABŞ-ın vasitəçi rolu və Ermənistan ilə sülhün perspektivləri barədə suallara cavab verib. Ermənistan və Azərbaycan arasında münasibətlərin bərpası barədə danışan diplomat qeyd edib ki, regional əməkdaşlıq üçün əsas platforma rolunu Prezident İlham Əliyevin bu barədə dəfələrlə öz nitqində bəyan etdiyi kimi “3+3” formatı oynaya bilər.

Daha sonra Xəzər İbrahim Azərbaycan və qardaş Türkiyə arasında sıx əməkdaşlığa dair sualları cavablandırıb. Səfir vurğulayıb ki, Türkiyə həmişə Azərbaycanın yanında olub və Qarabağ məsələsində ölkəmizi dəstəkləyib. Bu da “Bir millət, iki dövlət” şüarının parlaq şəkildə nümayiş etdirilməsidir. Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası və kütləvi şəkildə yenidən qurulması məsələlərinə də toxunulub. Diplomat regionda iqtisadi əməkdaşlıq məsələlərini, o cümlədən Avropanın enerji təhlükəsizliyi ilə təminatı və Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə ixracı məsələlərini də müzakirə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts