Tokio, 10 iyul, /AJMEDIA/
Seul məhkəməsi ölkədə hərbi vəziyyətin tətbiqinə uğursuz cəhdlə bağlı Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yolun ikinci dəfə saxlanılması barədə qərar çıxarıb.
AJMEDIA xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, məhkəmə xüsusi vəkil Ço In Sokun sabiq dövlət başçısının dəlilləri məhv edə biləcəyi ilə bağlı narahatlığına görə saxlanılması tələbini təmin edib.
Yun Sok Yol ilk dəfə bu ilin yanvarında saxlanılsa da, mart ayında azad olunmuşdu.
Xatırladaq ki, 2024-cü il dekabrın 3-də Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yol ölkədəki KXDR tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya prokurorluğu onu qiyamda günahlandıraraq vəzifədən kənarlaşdırıb.