Cənubi Koreyadan olan daha bir idmançı UFC-də qələbə əldə edib

Tokio, 22 iyun, /AJMEDIA/

Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.

AJMEDIA xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan turnirin altıncı görüşündə yarım orta çəkidə Sok Hyön Ko (Cənubi Koreya) ilə Oban Elliott (Uels) qarşılaşıblar.

Üç raundun sonunda Cənubi Koreyadan olan idmançı görüşü öz xeyrinə başa vurub.

Qeyd edək ki, gecənin əsas döyüşləri yaxın saatlarda start götürəcək. Əsas qarşılaşma keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Gecənin ikinci ən vacib döyüşü Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts