Cənubi Koreyada hakim partiyanın sədri istefa verib

Tokio, 13 dekabr , /AJMEDIA/

Cənubi Koreyada hakim “Xalq hakimiyyəti” Partiyasının sədri Kim Gi-hyen artan təzyiqlər fonunda istefa verib.

AJMEDIA Cənubi Koreya mediasına istinadla xəbər verir ki, aprel ayında keçiriləcək parlament seçkisi ərəfəsində partiyada islahatlar aparılması üçün təzyiqlərin, istefa çağırışlarının son vaxtlar çoxalmasından sonra sədr belə qərar qəbul etdiyini açıqlayıb. İstefa qərarını “Facebook” vasitəsi ilə açıqlayan Kim Gi-hyen bildirib ki, o, bütün qüvvəsini partiyasının seçkilərdə qalib gəlməsinə yönəldəcək.

Qeyd edək ki, Kim Gi-hyen “Xalq hakimiyyəti” Partiyasının sədri vəzifəsində cəmi 9 ay işləyə bilib. O, ölkənin hazırkı başçısı Yun Sok Yolun dəstəyi ilə partiyanın sədri seçilmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts