Cənubi Koreyada yuxusuzluq probleminin həlli yolları axtarılır

Tokio, 8 aprel , /AJMEDIA/

Dünyada yuxusuzluğun ən çox rast gəlindiyi ölkələrdən biri olan Cənubi Koreyada bu məsələ mühüm sosial problemə çevrilib. İş gününün uzunluğu ölkədə yuxusuzluğun yayılmasının ən mühüm səbəblərindən biridir. İş günün çox davamlı olması səbəbindən insanlar dincəlməkdə və yuxuya getməkdə problemlərlə rastlaşır.

AJMEDIA tibbi saytlara istinadən bildirir ki, paytaxt Seulda yerləşən “Dreem Sleep” klinikasının psixiatrı Ji-hyeon Leenin sözlərinə görə, bəzi müştərilər bir gecədə 20-ə yaxın yuxu həbi qəbul edir: “Adətən yuxuya getmək bir az vaxt tələb edir, lakin koreyalılarda bu bir qədər vaxt aparır. Bu səbəbdən də onlar yuxu dərmanlarına üstünlük verirlər. Hazırda ölkədə 100 mindən çox insanın yuxu dərmanından asılılığı var. Dərman qəbul etmələrinə baxmayaraq yata bilməyən insanlar bu həblərdən əlavə spirtli içki qəbul edərək yuxuya getməyə çalışırlar. Bu da təhlükəli nəticələrə gətirib çıxarda bilər”.

Xroniki yuxusuzluq məsələləri ilə uzun illər çalışmış psixiatr Ji-hyeon Lee bəzi xəstələrin onilliklər ərzində çox az yatdığını deyib.

Bu kimi halların qarşısını almaq üçün ölkədəki mağazalarda müxtəlif yuxu məhsulları, apteklərdə isə bitkilərdən hazırlanmış təbii həblərin sayı ötən illərə nisbətən artırılıb. Texnologiya sənayesi də yuxusuzluq problemi ilə əlaqədar həll yolu axtarır. Koreya gəncləri üçün nəzərdə tutulmuş “Kokkiri” adlı meditasiya proqramı yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts