Cənubi Koreyada qəzaya uğramış hərbi təyyarənin 4 ekipaj üzvü həlak olub

Tokio, 29 may, /AJMEDIA/

Cənubi Koreya Respublikasında hərbi təyyarənin qəzaya uğraması nəticəsində dörd ekipaj üzvü həlak olub.

AJMEDIA “Yonhap” agentliyinə istinadla xəbər verir ki, Koreya Respublikasının Müdafiə Nazirliyinin məlumatına görə, dörd nəfərlik ekipajla təchiz olunmuş P-3 tipli dəniz patrul təyyarəsi yerli vaxtla saat 13:43-də ölkənin cənub-şərqində yerləşən Pxoxan şəhərindəki hərbi bazadan təlim uçuşuna qalxıb.

Təyyarə saat 13:49 radələrində baza yaxınlığındakı təpəyə çırpılıb. Nazirlikdən bildirilib ki, mülki şəxslər arasında itki yoxdur. Həlak olanların meyitləri yanmış vəziyyətdə tapılıb.

Qəzaya uğramış təyyarənin qalıqları arasından üç nəfərin cəsədi çıxarılıb.

Yanan təyyarənin söndürülməsi üçün helikopterlər və xüsusi texnikalı yanğınsöndürənlər cəlb edilib. Qeyd olunur ki, yerə çırpılan P-3 tamamilə yanaraq tanınmaz hala düşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts