Cənubi Koreya və ABŞ ilk dəfə birgə PUA təlimləri keçirib

Tokio, 1 noyabr, /AJMEDIA/

Koreya Respublikası və ABŞ bu gün hər iki ölkənin PUA-larından istifadə etməklə ilk birgə təlimlər keçirib.

AJMEDIA Yonhap agentliyinə istinadla xəbər verir ki, əsl döyüş sursatından istifadə edilən təlim Cənubi Koreya ərazisində gizli saxlanılan yerdə baş tutub. Manevrlərdə Cənubi Koreyadan “RQ-4 Global Hawk” pilotsuz uçuş aparatı, ABŞ-dan isə “MQ-9 Reaper” hücum PUA-sı iştirak edib.

Ssenariyə əsasən, PUA-lar düşmənin təxribata başladığı obyektə hücum edib. Cənubi Koreya məxsus dronlar onunla bağlı məlumatları toplayaraq “MQ-9 Reaper” PUA-sına ötürüb, o isə öz növbəsində idarə olunan “GBU-38” sursatı ilə hədəfi məhv edib.

Agentliyin mənbəyinin məlumatına görə, əvvəlcə hər iki ölkənin hərbçiləri təlimlərlə bağlı məlumatı açıqlamaq niyyətində olmayıblar. Lakin bundan bir gün əvvəl KXDR-in qitələrarası ballistik raket sınaqlarından sonra Vaşinqton və Seul Şimali Koreyaya xəbərdarlıq göndərmək üçün məlumatı yaymaq qərarına gəlib.

Qeyd edək ki, bu ərəfədə Pxenyan “Hwasong-19” ballistik raketini uğurla sınaqdan keçirdiyini elan edib. O, Yapon dənizi akvatoriyasında müəyyən edilmiş əraziyə düşüb.

KXDR “çox güclü silah” kimi səciyyələndirdiyi ən yeni qitələrarası ballistik raketinin 7 min metr hündürlüyə qalxa və min kilometr məsafədəki hədəfləri vura bildiyini iddia edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts