Cənubi Koreya COVID-19-u “daha təhlükəli xəstəliklər” siyahısından çıxarmaq barədə düşünür

Tokio, 8 aprel , /AJMEDIA/

Şimali Koreya hökuməti epidemioloji vəziyyətə əsaslanaraq COVID-19 infeksiyasının “daha təhlükəli xəstəliklər” təsnifatını dəyişə bilər.

AJMEDIA KBS telekanalına istinadla xəbər verir ki, bu barədə Koreya Respublikasının Baş naziri Kim Bu Göm bildirib.

Hazırda Cənubi Koreyada COVID-19 infeksiyası ən təhlükəli yoluxucu xəstəliklərin daxil olduğu birinci kateqoriyaya aiddir. Hökumət onu vərəm, qızılca və digər xəstəlikləri əhatə edən ikinci kateqoriyaya keçirmək imkanını nəzərdən keçirir. Bu halda koronavirusa yoluxan şəxslərin məcburi karantin müddəti ləğv edilə və ya azaldıla bilər.

Baş nazirin sözlərinə görə, Cənubi Koreya koronaviruslu xəstələrin müalicə mərkəzlərinin və ağır xəstələr üçün nəzərdə tutulan xəstəxanaların sayını tədricən azaltmağı planlaşdırır. Bundan əlavə, gələn həftədən etibarən dövlət poliklinikalarında COVID-19 infeksiyası üçün ekspress testlərin keçirilməsi dayandırılır.

Kim Bu Göm, həmçinin aprelin əvvəlindən başlayaraq yoluxmaların azalmasının daha qabarıq şəkildə özünü büruzə verdiyini və səhiyyə sisteminin normal fəaliyyət göstərdiyini qeyd edib. O, eyni zamanda, 60 yaşdan yuxarı insanlar arasında yoluxma sayının artmağa davam etdiyini və ağır xəstələrin orta gündəlik sayının min nəfərin üzərində olduğunu xatırladaraq “rahat nəfəs almağın” hələ tez olduğunu vurğulayıb. Bununla əlaqədar hökumət başçısı qocalar evlərində vəziyyətin monitorinqinə xüsusi diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, Koreyanın xəstəliklərə nəzarət və onların profilaktikası idarəsinin məlumatına görə, aprelin 7-də ölkədə koronavirusa 205 min yeni yoluxma faktı aşkarlanıb ki, bu da öncəki günlə müqayisədə 19 min nəfər azdır. Pandemiyanın əvvəlindən bu yana Koreya Respublikasında COVID-19 infeksiyasına 15 milyondan çox yoluxma halı qeydə alınıb. Həmçinin son sutka ərzində xəstəlik səbəbindən 373 nəfər həyatını itirib və ölənlərin ümumi sayı 18 min 754 nəfərə çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts