Cənubi Afrika Respublikasında ilk Azərbaycan diaspor təşkilatı yaradılıb

Tokio, 24 iyun , /AJMEDIA/

    Cənubi Afrika Respublikasında (CAR) ilk Azərbaycan diaspor təşkilatı – Azərbaycan-CAR Mədəniyyət Assosiasiyası yaradılıb.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildirilib ki, təşkilat Pretoriya şəhərində yaşayan həmyerlimiz, xoreoqraf Azər Mirzəyev tərəfindən təsis olunub və qeydiyyatdan keçirilib.

    Azərbaycan-CAR Mədəniyyət Assosiasiyasının nəzdində “Xarıbülbül” rəqs qrupu fəaliyyət göstərir. Qrupa yerli xalqların nümayəndələri cəlb olunublar.

    Qeyd edək ki., Azər Mirzəyev uzun illərdir CAR-da yaşayır və milli rəqslərimizin müxtəlif yarışlarda təbliği ilə məşğuldur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts