Burak Yılmaz Superliqa klubuna baş məşqçi təyin olunub

Tokio, 27 yanvar , /AJMEDIA/

Türkiyənin “Kayserispor” komandasının yeni baş məşqçisi məlum olub.

AJMEDIA klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi bu vəzifəyə Burak Yılmazı gətirib. Onunla 2,5 illik müqavilə imzalanıb.

Burak Yılmazın son iş yeri “Beşiktaş” olub.

Veteran futbolçu bu postda istefa verən Rəcəb Uçarı əvəzləyib.

Qeyd edək ki, “Kayserispor” turnir cədvəlində 26 xalla 12-ci pillədə qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts