Bu ilin 9 ayında dövlət qurumlarına 871 kiberhücum indikatoru müəyyən edilib

Tokio, 31 oktyabr , /AJMEDIA/

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarına 871 kiberhücum indikatoru (IOC) müəyyən edilib və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb (bir şirkətin qarşılaşa biləcəyi ən təhlükəli kiber təhdidlərdən olan APT; qabaqcıl davamlı təhdidlər “Ətraflı Davamlı Təhdidlər” deməkdir – red.).

AJMEDIA xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz ayı əhatə edən bülletenində bildirilib.

Hesabata əsasən, bu kibertəhdidlərin 322-si daxili araşdırma, 549-u isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts