Bu il xarici ticarətdə artım müşahidə olunub

Tokio, 17 mart, /AJMEDIA/

Yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsindən (DGK) AJMEDIA-ya bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon dollar ixracın, 4 milyard 138,02 milyon dollar isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 faiz azalıb, idxal isə 69,1 faiz artıb.

Son nəticədə xarici ticarətdə 628,45 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,7 dəfə azdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts