Tokio, 27 dekabr , /AJMEDIA/
Elm və Təhsil Nazirliyi 2023-cü il üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrini açıqlayıb.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, cari ildə 4 min 368 müəllim müddətsiz, 2 min 351 müəllim isə müddətli müqavilə əsasında işlə təmin olunub. 2 min 529 nəfər isə əlavə yerləşdirmə mərhələsi üzrə müddətli müqavilə ilə işə qəbul olunub. Həmçinin məktəbəqədər təhsil müəssisələri üzrə 244 namizəd işlə təmin olunub.