Bu il Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib

Tokio, 22 iyun , /AJMEDIA/

Cari ilin ilk 5 ayı ərzində Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib.

Energetika Nazirliyindən AJMEDIA -ya bildirilib ki, Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 1748,6 meqavatdır. Bu da ümumi elektrik enerjisi üzrə qoyuluş gücünün 20,86 faizini təşkil edir.

Qeyd edək ki, Dünya Bərpa Olunan Enerji Günü ilk dəfə 22 iyun 2019-cu il tarixində qeyd edilib. Bu günün keçirilməsində əsas məqsəd maarifləndirmə aparmaqla ənənəvi enerjidən ekoloji təmiz yaşıl enerjiyə keçidi təşviq etməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts