Bu gün Zabuxa köçən ailələrə evlərinin açarları təqdim olunub

Tokio, 15 dekabr , /AJMEDIA/

Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Laçının Zabux kəndinə qayıdan ailələr yeni evlərinin açarlarını təhvil alıblar.

AJMEDIA xəbər verir ki, köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Belə ki, 36 nəfər olmaqla 9 ailə Bakıda, 10 nəfər olmaqla 3 ailə Sumqayıtda, 16 nəfər olmaqla 4 ailə Abşeronda, 4 nəfər olmaqla 1 ailə Mingəçevirdə, 20 nəfər olmaqla 6 ailə Bərdədə, 4 nəfər olmaqla 1 ailə Lənkəranda, 2 nəfər olmaqla 1 ailə isə Ağcabədidə məskunlaşmış keçmiş məcburi köçkün ailəsinin yurd həsrəti sona çatıb.

Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, hüquq-mühafizə orqanlarının, kənd icra nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alaraq evlərində məskunlaşıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts