Bu gün UEFA Millətlər Liqasının qalibi bəlli olacaq

Tokio, 08 iyun, /AJMEDIA/

Bu gün UEFA Millətlər Liqasında mükafatçılar bəlli olacaq.

AJMEDIA xəbər verir ki, əvvəlcə meydana üçüncü yer uğrunda mübarizə aparan Almaniya və Fransa yığmaları çıxacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Saat 23:00-da isə Münhendə final görüşü təşkil olunacaq. Portuqaliya və İspaniya komandaları öz aralarındakı oyunla qalibin adına aydınlıq gətirəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts