Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər keçiriləcək

Tokio, 23 avqust , /AJMEDIA/

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər keçiriləcək.
AJMEDIA xəbər verir ki, bu mərhələnin ikinci oyun günündə üç qarşılaşma olacaq.
Azərbaycan çempionu “Qarabağ” səfərdə Çexiyanın “Viktoriya Plzen” komandasının qonağı olacaq.
Bu turu adlayan komandalar mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.
Pley-off mərhələsinin növbəti matçlarının proqramını təqdim edirik:
23 avqust

23:00 – “Viktoriya Plzen” (Çexiya) – “Qarabağ” (Azərbaycan)
İlk oyun: 0:0

23:00 – “Srvena Zvezda” (Serbiya) – “Makkabi” (Hayfa, İsrail)
İlk oyun – 2:3

23:00 – “Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna)
İlk oyun – 2:0
Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 26-sı məlumdur. Onlar UEFA reytinqində daha yüksək reytinqə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts