BŞTİ: Direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında 1 843 namizəd iştirak edib

Tokio, 21 noyabr , /AJMEDIA/

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə test imtahanı başa çatıb.

Bu barədə AJMEDIA-ya BŞTİ-dən məlumat verilib. Bildirilib ki, təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə üç gün ərzində keçirilən test imtahanlarına 2 506 namizəd dəvət edilib. Namizədlərdən 1 843-ü imtahanda iştirak edib.

İmtahanlarda namizədlərə 100 ballıq 40 sual (vəzifə üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) verilib. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılıb.

Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək. Keçid həddi (ixtisas üzrə minimum 30 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 50 bal müəyyənləşdirilib. 50 və daha çox bal toplayan namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts