Brüsseldə “Abşeronun gözəllikləri” adlı sərgi açılıb

Tokio, 12 oktyabr , /AJMEDIA/

Belçikanın Brüssel şəhərindəki “GNF” rəsm qalereyasında “Abşeronun gözəllikləri” incəsənət sərgisinin açılışı olub. Müxtəlif ölkələrdə yaşayan səkkiz azərbaycanlı sənətkarın heykəltəraşlıq və rəsm əsərləri, dizayn işləri sənət sevənlərə nümayiş olunub.

AJMEDIA xəbər verir ki, “POkNART Consulting” (Aglaia Ponomareva) və Qlobal Proqressiv Strategiya İnstitutunun (Inesa Ciornii) birgə təşkil etdiyi bu tədbir Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi tərəfindən dəstəklənib.

Tədbirdə Belçikadan olan incəsənət kolleksionerləri, ictimai xadimlər, mədəniyyət nümayəndələri iştirak ediblər.

Noyabrın 10-dək davam edəcək sərgidə Bavera Əliyeva, Zümrüd Zeynallı, Aynur Qasımova, Sevinc Kərimova, Marina Lysova, Anar Hüseynzadə, Rəfail Əliyev və Emin Qəhrəmanovun əsərləri nümayiş olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts