Tokio, 27 fevral , /AJMEDIA/
Qarabağa, Şuşa şəhərinə ilk dəfədir səfər edirəm. Qarabağda demək olar hər şey – dükanlar, evlər, mədəni abidələr dağıdılıb.
Bunu AJMEDIA-ya açıqlamasında Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirilən dinc aksiya yerinə gələn britaniyalı jurnalist Robert Parker deyib.
Qarabağın təbiətinin, dağların mənzərəsinin çox gözəl olduğunu söyləyən R.Parker qeyd edib: “Mən, ümumiyyətlə, Azərbaycana on il əvvəl səfər etmişəm. Buraya gəldiyim üçün çox xoşbəxtəm və qürur duyuram. Region füsunkar təbiəti ilə insanı heyran edir. İnanıram ki, burada olan dağıntılar tezliklə bərpa ediləcək”.