Britaniya XİN vətəndaşlarına Rusiyadan çıxmağı tövsiyə edir

Tokio, 6 mart , /AJMEDIA/

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyaya səfərləri vacib olmayan vətəndaşlarına bu ölkəni tərk etməyi tövsiyə edir.

AJMEDIA TASS agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Krallığın xarici siyasət idarəsi, həmçinin öz vətəndaşlarını vətənə qayıtmaq üçün uçuş variantlarının olmaması və Rusiya iqtisadiyyatının qeyri-stabilliyi səbəbindən bu ölkəyə səfərlərdən imtina etməyə çağırıb.

Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ və dünyanın bir çox digər ölkələri Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb və bu ölkəyə qarşı geniş sanksiyalar tətbiq edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts