BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub

Tokio, 23 oktyabr, /AJMEDIA/

Rusiya Prezidenti Vladimir Putin BRICS-in tərəfdaş ölkələrinin siyahısının tərtib edilməsini və bunu Kazan sammitinin yekun Bəyannaməsində qeyd olunmasını təklif edib.

AJMEDIA xəbər verir ki, bu barədə BRICS sammitinin məhdud tərkibdə keçirilən iclası zamanı bildirilib.

Rusiya Prezidenti bildirib: “Yohannesburqda biz assosiasiyamızın tərəfdaş dövlətlərinin üsullarını və kateqoriyalarını hazırlamaq və belə statusu almaq üçün ölkələrin siyahısını tərtib etmək barədə razılığa gəldik. Bu məsələ ilə bağlı qərarın yekun Kazan Bəyannaməsində əks olunması vacibdir”.

Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində qeyd edib ki, BRICS-in gələcəkdə genişlənməsi tərəfdaş dövlət meyarının süzgəcindən keçir. O əlavə edib: “Assosiasiya tərəfdaş dövlət üçün vacib meyarlar üzərində razılaşıb və BRICS-in daha da genişlənməsi bu filtrdən keçəcək”.

Uşakovun sözlərinə görə, 13 dövlətdən ibarət siyahı razılaşdırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts