Braziliya millisinin 69 illik məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub

Tokio, 22 noyabr , /AJMEDIA/

Braziliya millisi dünya çempionatının seçmə mərhələləri tarixində ilk dəfə evdə məğlub olub.

AJMEDIA Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, bu, “sambaçılar”ın DÇ-2026-nın seçmə mərhələsində Argentina yığmasına 0:1 hesabı ilə uduzduqları oyuna təsadüf edib.

Cənubi Amerika təmsilçisi bunadək keçirdiyi 64 ev matçından 51-də qələbə qazanmış, 13-də isə heç-heçə etmişdi. Braziliyalı millisinin seçmə mərhələdə 64 oyunluq uğurlu seriyası 1954-cü ildə Çili yığmasına qarşı keçirdikləri debüt qarşılaşmasından (1:0) sonra başlayıb.

Hazırda dünya çempionatlarının seçmə mərhələlərində doğma meydanda uduzmayan yeganə komanda İspaniya millisidir.

Qeyd edək ki, Braziliya millisi seçmə mərhələdə 6 turdan sonra 7 xalla altıncı pillədə qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts