BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib

Tokio, 4 aprel , /AJMEDIA/

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 8 nəqliyyat vasitəsi Laçın yolundan keçib.

AJMEDIA xəbər verir ki, BQXK-ya məxsus 8 minik, bir yük avtomobilinin maneəsiz keçidi üçün şərait yaradılıb. Minik avtomobillərdə erməni əsilli sakinlər olub.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 114 gündür davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts