BQXK-yə məxsus 14 avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradılıb

Tokio, 2 aprel , /AJMEDIA/

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
AJMEDIA xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 yük və 8 minik avtomobili ərazidən maneəsiz keçib.
Bu, bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Xatırladaq ki, səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 9 avtomobil Xankəndidən Laçın istiqamətinə hərəkət edib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts