Tokio, 31 oktyabr , /AJMEDIA/
BP-nin ilin üçüncü rübündə mənfəəti əvvəlki üç aylıq dövrlə müqayisədə 27 faiz artdığı halda, ötən ilin üçüncü rübü ilə müqayisədə 60 faiz azalıb.
AJMEDIA xəbər verir ki, enerji şirkəti üçüncü rübdə 3,3 milyard dollar mənfəət əldə etdiyini və 1,5 milyard dollarlıq səhmləri geri aldığını açıqlayıb.
BP ilin 9 ayında 10,8 milyard dollar mənfəət əldə edib. 2022-ci ilin eyni dövründə şirkətin mənfəəti 22,8 milyard dollar olub.