Tokio, 03 iyun, /AJMEDIA/
“Qarabağ” yatağından neft hasil etmək üçün yeni bir konsepsiya istifadə edəcəyik. Bununla da neft istehsalını sürətləndirəcək.
AJMEDIA xəbər verir ki, bunu Bakı Enerji Forumunda jurnalistlərə açıqlaması zamanı bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel deyib.
O bildirib ki, “Qarabağ”dan ilk neftin çıxarılması 2029-cu ilə planlaşdırılıb.
“Qarabağ” yatağında yaradılacaq infrastruktur “Azəri-Çıraq-Günəşli” blokunda mövcud infrastruktura qoşulacaq”, – deyə o qeyd edib.