Tokio, 11 may , /AJMEDIA/
Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bu gün Azərbaycanın daha dörd cüdoçusu tatamiyə çıxacaq.
AJMEDIA xəbər verir ki, yarışın ikinci günündə 73 kiloqramda Rəşid Məmmədəliyev – Süleyman Hamad (Səudiyyə Ərəbistanı) / Manuel Parlatti (İtaliya) cütünün qalibi, Vüsal Qələndərzadə Arun Kumar (Hindistan) ilə qarşılaşacaq.
81 kiloqramda Məhərrəm İmamverdiyev Aurilyen Bonferonini (İsveçrə), Ömər Rəcəbli isə Nase Herkoviç (Sloveniya) / Ratbek Cumanazarov (Qırğızıstan) görüşünün güclüsünü sınağa çəkəcək.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçusu Kamran Süleymanov bürünc medal qazanıb. Mayın 12-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 15 idmançı ilə təmsil olunur.