Böyük Britaniyada səkkiz yeni nüvə reaktoru tikiləcək

Tokio, 8 aprel , /AJMEDIA/

Böyük Britaniyada 8 yeni nüvə reaktoru tikiləcək.

AJMEDIA xəbər verir ki, Britaniya hökuməti enerji sahəsində xaricdən asılılığı azaltmaq və enerji qiymətlərinin artması ilə mübarizə məqsədilə yeni nüvə reaktorlarının tikilməsinə icazə verib.

Hökumət yeni nüvə planlaşdırma bölməsinin yaradıldığını və yeni layihələrin təcili olaraq maliyyələşdirilməsinin hədəfləndiyini açıqlayıb.

Ölkənin cənubunda “Hinkley Point C” atom elektrik stansiyası qurulacaq. Elektrik stansiyasının ilk reaktorunun 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

Britaniya hökuməti 2030-cu ilə qədər ölkənin enerji ehtiyacının 95 faizini aşağı karbonlu mənbələrdən ödəməyi nəzərdə tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts