Borrel: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü məsələnin hərtərəfli həllində mühüm addımdır

Tokio, 19 iyul , /AJMEDIA/

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşü alqışlayıram.
AJMEDIA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tviter hesabında bildirib.
Paylaşımda deyilir: “Bu görüş məsələnin hərtərəfli həlli yolunda mühüm addımdır. Avropa İttifaqı sülhsevər və təhlükəsiz Cənubi Qafqazı bütövlüklə dəstəkləyir. Münasibətlərin normallaşması, sülhün əldə edilməsinə yalnız birbaşa dialoqla nail olmaq mümkündür”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts