Borjomi bölgəsindəki baş verən yanğın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə təhlükə yaratmayıb

Tokio, 25 avqust , /AJMEDIA/

Gürcüstanın Borjomi bələdiyyəsi ərazisində 5 gündür davam edən meşə yanğınları Bakı-Tbilisi-Ceyhan neft kəmərinə təhlükə yaratmayıb.
AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri məlumat verib.
Onun sözlərinə görə, Gürcüstanda son beş gündə ilk dəfə olaraq meşə yanğınları azalıb.
“Aviasiya mümkün olan ən yüksək səviyyədə çalışıb və nəticə göz qabağındadır, yanğın mənbəyi və onun yayılma sahəsi nisbətən azalıb”, – deyə nazir vurğulayıb.
V.Qomelauri Türkiyəyə də yanğınların söndürülməsi üçün üç xüsusi təyyarə göndərdiyinə görə təşəkkür edib. Bildirib ki, Gürcüstanın helikopterləri gün ərzində güclü külək səbəbindən işləyə bilmədiyi üçün Türkiyənin yanğınsöndürən təyyarələri çox kömək ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts