Bolqarıstan Azərbaycandan qaz idxalını daha da artırmaqda maraqlıdır – İvan İvanov

Tokio, 26 aprel , /AJMEDIA/

Bolqarıstan Azərbaycandan qaz idxalını daha da artırmaqda maraqlıdır.

AJMEDIA çərşənbə axşamı xəbər verir ki, bunu Bolqarıstanın Enerji və Su Tənzimləyici Komissiyasının (EWRC) sədri İvan İvanov Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimindən sonra jurnalistlərə deyib.​​​​​​​

“Bolqarıstan üçün Azərbaycan və SOCAR ilə əməkdaşlıq çox vacibdir. Bizim üçün tədarüklərin diversifikasiyasını təmin etmək və Bolqarıstanın qaz bazarında sağlam rəqabətə nail olmaq çox mühümdür. Bolqarıstan hazırda Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə Azərbaycandan 1 milyard kubmetr qaz alır. Bu həcmin 1,2 milyard kubmetrədək artırılması barədə razılaşma var. Əlbəttə, lazım gələrsə, biz həcmin daha da artırılması üçün həllər tapacağıq”, – o deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts