BMT: Sudanda məcburi köçkünlərin sayı 10 milyonu ötüb

Tokio, 12 iyun , /AJMEDIA/

Sudan hazırda dünyada məcburi köçkünlərin ən çox yaşadığı ölkədir, onların sayı 10 milyonu ötüb.

AJMEDIA xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Sudan ordusu və çevik qüvvələr arasında bir ildən artıqdır davam edən münaqişə 7,26 milyon insan məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Əvvəlki münaqişələr nəticəsində isə 2,83 milyon insan didərgin düşmüşdü. Eyni zamanda, iki milyondan çox insan döyüşlərdən qaçaraq xarici ölkələrə sığınıb. Bu o deməkdir ki, 48 milyon sudanlının dörddə birindən çoxu qaçqındır. Təkcə paytaxt Xartumun 3,7 milyon sakini evlərini tərk etmək məcburiyyətində qalıb.

BMT-nin hesablamalarına əsasən, ölkədə ümumilikdə 18 milyon insan, o cümlədən 3,6 milyon uşaq qida çatışmazlığından əziyyət çəkir.

Xatırladaq ki, 2023-cü il aprelindən başlayaraq Sudanda ordu ilə çevik qüvvələr arasında şiddətli toqquşmalar davam edir. BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi toqquşmalar nəticəsində on minlərlə insanın öldüyünü bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts