BMT nümayəndəliyi Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Tokio, 9 noyabr , /AJMEDIA/

BMT-nin Azərbaycandakı nümayəndəliyi rəsmi tviter səhifəsində Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib.
AJMEDIA xəbər verir ki, təbrikdə deyilir: “BMT-nin ölkəmizdəki nümayəndəliyi Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir. Biz Azərbaycanla tərəfdaşlığımızı qiymətləndirir, sülh, firavanlıq və davamlı inkişafa nail olmaq üçün birlikdə işləməyə hazırıq.
Dövlət Bayrağı Gününüz mübarək!”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts