Blinken Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün vacibliyini vurğulayıb

Tokio, 14 sentyabr, /AJMEDIA/

ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün vacibliyini bir daha təsdiqləyib.

AJMEDIA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Blinken tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsinə dair razılaşmanı alqışlayıb.

Tərəflər həmçinin ABŞ-Ermənistan münasibətlərinin genişlənməsinə dair müzakirə aparıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts