Tokio, 2 sentyabr , /AJMEDIA/
Hollivud istehsalı olan “Bizdən biri” filminin yaradıcı heyəti ikinci mövsüm çəkilişlərinə hazırlaşır.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, ekran əsərinin yaradıcısı Nil Drakmanın sözlərinə görə, növbəti “Emmi” mükafatına namizəd olan serialın ikinci mövsümünün bütün hazırlıqları artıq yekunlaşıb və ABŞ Kinematoqrafçılar Gildiyasının tətilləri bitən kimi çəkilişlərə başlanılacaq.
“Biz layihənin ikinci mövsüm çəkilişlərinin icrasına tam hazırıq. Tətillər bitən kimi işə başlamağı planlayırıq. Növbəti mövsümün süjetinə gəlincə, hələlik heç nə deyə bilmərəm. İlk mövsüm kimi yenidən yüksək səviyyəli iş təqdim etməyi qarşımıza məqsəd qoymuşuq”, – deyə N.Drakman jurnalistlərə açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Bizdən biri” serialının ilk mövsümü ilin əvvəlində HBO-nun ən çox izlənilən layihəsi olub və aktyorluq nominasiyaları da daxil olmaqla, ən yaxşı dramatik serial üzrə 25 nominasiyada “Emmi” mükafatına layiq görülüb.