Bişkekdə Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş festival keçirilir

Tokio, 18 noyabr , /AJMEDIA/

Noyabrın 17-də Qırğızıstanın paytaxtı Bişkekdə dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq kinofestival işə başlayıb.

AJMEDIA xəbər verir ki, noyabrın 21-dək davam edəcək festival iki kateqoriyada keçirilir.

Beynəlxalq film müsabiqəsində 10, milli proqramda isə 8 filmin yarışacağı festivalın proqramına kino sənətinə dair maraqlı tədbirlər də daxildir.

Festival günlərində “Beynəlxalq layihələr və onların yayılması: dünən, bu gün və sabah”, “Avropa və Asiya arasında birgə məhsul”, “Çin və Mərkəzi Asiya, əməkdaşlıq yolları”, “Festivallar – rejissorlar və tamaşaçılar” kimi mövzularda seminarlar, “Aytmatov və kino” beynəlxalq forumu, Çingiz Aytmatovun əsərləri əsasında çəkilmiş kino layihələrinin təqdimatı nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts