Tokio, 8 mart , /AJMEDIA/
Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilində Azərbaycan şairlərinin audiokitabı yaradılıb.
AJMEDIA xəbər verir ki, audiokitab general- mayor Həsən Şirinovun ulu öndər Heydər Əliyevə həsr etdiyi “Sönməz, əbədidir Heydər Əliyev” şeiri ilə başlayır. “Azərbayjan ırları” (“Azərbaycan nəğmələri”) audiokitabında Mirzə Fətəli Axundzadənin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Cabir Novruzun, Sabir Rüstəmxanlının və Məmməd İsmayılın şeirləri yer alıb.
“Azərbayjan ırları” kitabını qırğız dilinə fondun sifarişi ilə Qırğızıstanın Xalq şairi, Milli Qəhrəman Sooronbay Jusuyev, Xalq şairi Baxtıgül Çoturova və Mukan Asanaliyev tərcümə edib.
Audiokitabı qırğız dilində ali dərəcəli diktor, qiraət ustası Jıpargül Şabdanaliyeva səsləndirib. Audiokitabın səs rejissoru Aygül Mametovadır.
Kitab turktoday.info saytına yüklənib.
Audiokitabı bu linkdən dinləmək olar: http://turktoday.info/az/audiokitep/