Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) nümayəndə heyəti ilə görüş keçirilib

Tokio, 24 iyul , /AJMEDIA/

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) nümayəndə heyəti ilə görüş keçirib.

Agentliyin mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Azərbaycan Respublikası ərazisində ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzinin yaradılması üzrə BMTİP-nin məsləhətçisi Yan Mansfildin də iştirak etdiyi görüşün başlıca məqsədi həmin Mərkəzin yaradılması və resursların artırılması, eləcə də bu sahədə bilik və bacarıq mübadiləsinin gücləndirilməsinə dair müzakirələrdən ibarət olub.

Görüş çərçivəsində, eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina problemi, onun aradan qaldırılması sahəsində əməkdaşlıq imkanlarının artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts