Bir çox ölkə Azərbaycanda mina təmizləmə prosesinə maliyyə yardımı ayırmaqla bağlı maraqlarını bildirib

Tokio, 31 may , /AJMEDIA/

Bir çox ölkə Azərbaycanda mina təmizləmə prosesinə maliyyə yardımı ayırmaqla bağlı maraqlarını ifadə edib. Səudiyyə Ərəbistanı həmin ölkələrdən biridir. Bu yaxınlarda yaxşı xəbərlər eşidəcəyik. Həmin bölgəyə aid olan digər ölkələrdən də tərəfdaşlarımız bu səylərə qoşulacaqlar. Avropa İttifaqı bu baxımından ən iri donordur və həmin yardımın böyüdülməsi istiqamətində konkret addımlar atmağa hazır olduğunu bildirib.

AJMEDIA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

“Təəssüflər olsun ki, indiyədək Ermənistan bizə minaların basdırıldığı ərazilərlə bağlı dəqiq məlumat verməkdən yayınıb. Həmin məlumat çox keyfiyyətsiz və yararsız vəziyyətdədir. Ümidimiz ondan ibarətdir ki, Ermənistan tələbimizə uyğun olaraq daha dəqiq məlumatı verəcək. Çünki bu, eyni zamanda, tərəflər arasında etimadverici addım kimi də nəzərdən keçirilə bilər”, – deyə E.Əmirbəyov qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts