Tokio, 8 oktyabr , /AJMEDIA/
HƏMAS silahlıları tərəfindən İsraildə əsir götürülənlər arasında Almaniya vətəndaşlığı olan ən azı üç nəfər də var.
AJMEDIA xəbər verir ki, bu barədə “Bild” qəzeti internetdə yayılan videolarda qohumlarını tanıyan vətəndaşlara istinadən məlumat yayıb.
Almaniya Xarici İşlər Nazirliyi bu məlumatı hələ təsdiqləməyib.
Sosial şəbəkələrdə HƏMAS silahlılarının yük maşınında uzanmış ayaqlarında döymə olan qızın videosu yayılıb. Qəzetin məlumatına görə, onun 22 yaşlı Almaniya vətəndaşı Şani Luk olduğu üzə çıxıb. Qızın anası Rikarda Luk onu tanıyıb və Şaninin İsrailin cənubuna turist qrupunun tərkibində getdiyini bildirib.